...

Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmik sənayenin inkişafına mühüm töhfə verəcək - Saməddin Əsədov

Telekommunikasiya Materials 5 Dekabr 2022 10:42 (UTC +04:00)
Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmik sənayenin inkişafına mühüm töhfə verəcək - Saməddin Əsədov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Bakıda Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmik sənayenin inkişafına mühüm töhfə verəcək.

Trend-in məlumatına görə, bunu bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə keçirilən görüşdə deyib.

O qeyd edib ki, konqres Azərbaycana, həmçinin regionumuza kosmik ekosistemin qurulması və inkişafında aparıcı qüvvə kimi çıxış imkanı qazandıracaq.

“2-6 oktyabr 2023-cü ildə Bakı şəhərində keçiriləcək konqresdə elm və təhsil sahəsində "Call For Paper" adlı kosmik sahə üzrə elm müsabiqəsi, "Kosmik Liderlər Qrant Proqramı", "Gənc Kosmik Liderlerin Tanınması Proqramı", "Gənc Peşəkarlar Proqramı". "IAF Tələbə Müsabiqəsi, "Malina Astronavtika Medalı va Napolitano Mükafatı" kimi böyük təşəbbüslər həyata keçiriləcək”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti