...

Azərbaycanda investisiya kalkulyatorunun hazırlanması layihəsi üzərində iş aparılır

Telekommunikasiya Materials 12 İyun 2024 15:24 (UTC +04:00)
Azərbaycanda investisiya kalkulyatorunun hazırlanması layihəsi üzərində iş aparılır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda investisiya kalkulyatorunun hazırlanması layihəsi üzərində iş aparılır.

Trend xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bu gün Bakıda keçirilən "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) üzrə seminarın kuluarlarında deyib.

"4SIM növbəti mərhələdə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Dünya İqtisadi Forumu və digər tərəfdaşlarla birlikdə investisiya texnologiyaları sahəsində tədbirlər keçirəcək. Eyni zamanda, Azərbaycan üçün investisiya kalkulyatorunun hazırlanması layihəsi davam etdiriləcək. Həmçinin başlatdığımız rəqəmsal iqtisadiyyatın inkişaf strategiyasında nəzərdə tutulan kiçik və orta biznesin rəqəmsallaşdırılmasının bir hissəsi olacağıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, 4SIM "Meta" və "Google" şirkətləri ilə əməkdaşlığın çərçivələrini müzakirə edib.

"Hər il San Fransiskoda dünyanın 300 ən böyük texnologiya şirkəti ilə görüş təşkil olunur. Bu il biz də bu tədbirdə iştirak etdik. Görüşdə Azərbaycanın dövlət və özəl sektorlarında süni intellektin tətbiqi ilə əlaqədar layihələri, həmçinin rəqəmsal iqtisadiyyatın inkişafı üzrə təşəbbüsləri müzakirə etdik. "Meta", "Google" və digər böyük şirkətlər bu strategiyanın bir hissəsi kimi planlaşdırılan 60-dan çox təşəbbüslə bağlı rəylər alıb", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti