Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 273,5 milyon manat təşkil edib.
Bu barədə Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektor üzrə ölkənin gəlirləri 5,9% artıb.
Qeyd olunub ki, gəlirlərin 73%-i əhali tərəfindən istehlak olunub.
Eyni zamanda xidmətlərdən əldə edilən gəlirin 37,7%-i və ya 103,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.