Bakı. Trend:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsindəki "Aztelekom" MMC-yə məxsus "Azərrabitəlayihə" MMC-nin direktoru Kənan Novruzzadə 24 fevral 2025-ci il tarixindən vəzifəsindən azad edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Aztelekom” MMC-dən bildirilib.
Onun öz xahişi ilə vəzifəsindən azad edildiyi və 24 fevral 2025-ci il tarixindən şirkətə rəhbərliyin Nazim İsa oğlu Əliyevə həvalə olunduğu qeyd olunub.
Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.