...

İnnovasiya qanunvericiliyinin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək - Fərid Osmanov

Telekommunikasiya Materials 2 Fevral 2026 11:29 (UTC +04:00)
İnnovasiya qanunvericiliyinin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək - Fərid Osmanov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin builki fəaliyyətində innovasiya istiqamətində qanunvericiliyin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək.

Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov bu gün rəhbərlik etdiyi qurumun illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, vençur fəaliyyətinin genişləndirilməsi, investisiya fondları və maliyyə alətlərinin genişləndirilməsi istiqamətində xüsusilə qanunvericilik layihələri üzərində aidiyyəti qurumlarla iş yekunlaşmaq üzrədir:

"Eyni zamanda texnopark fəaliyyətinin genişləndirilməsi istiqamətində fikirlərimiz var. Artıq bu istiqamətdə müvafiq layihələrimiz də hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti