...

AZƏRBAYCANDA İNFORMASİYA TEXNOLOGİYALARI (IT)SAHƏSİNDƏ İXTİSASLI MÜTƏXƏSSİSLƏR ÇATIŞMIR

Telekommunikasiya Materials 24 İyun 2005 16:36 (UTC +04:00)

Azərbaycanda informasiya texnologiyaları (IT) sahəsində ixtisaslaşmış mütəxəssislər çatışmır. Belə bir qərara iyunun 24-də Rabitə və informasiya texnologiyaları Nazirliyində keçirilən dəyirmi masanın iştirakçıları gəliblər. Tədbir Azərbaycanda texnoparkların yaradılması perspektivlərinin yaradılmasına həsr olunub.

Ölkədə bu obyektin yaradılmasına dair müzakirələr zamanı elmi-tədqiqat və təhsil institutlarının nümayəndələri Azərbaycanda IT texnologiyalarının müəyyən bölmələri üzrə ixtisaslaşmış gənc kadrların hazırlanmasının vacibliyini xüsusi qeyd ediblər.

Nazirlikdən tədbirdə maliyyə, uçot və iqtisadi analiz şöbəsinin müdiri Rəşad Nəbiyev, beynəlxalq münasibətlər şöbəsinin müdiri Ayaz Bayramov, nazirin WSIS (World Sammit on Information Society) məsələləri üzrə müşaviri, eyni zamanda Sinam -ın prezidenti Elçin Əliyev, strateji planlaşdırma və elmi potensial bölməsinin rəisi Rüfət Gülməmmədov, həmçinin elmi və təhsil institutlarının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti