...

2006-cı ildə Şamaxıda CDMA texnologiyası tətbiq ediləcək

Telekommunikasiya Materials 30 Dekabr 2005 12:54 (UTC +04:00)

2006-cı ildə Şamaxıda CDMA (Code Division Multiple Access) texnologiyası tətbiq ediləcək. Aztelekom İB-də Trend ə bildirilib ki, hazırda adıçəkilən texnologiyanın təbiqinin müxtəlif variantlarının öyrənilməsi ilə bağlı işlər aparılır.

İB-də qeyd olunub ki, gələn il tender elan ediləcək və saziş imzalanacaq. Bu saziş əsasında texnologiyanın həyata keçirilməsi ilə bağlı işlərə başlanılacaq.

"Bir müddətdən sonra CDMA texnologiyası Azərbaycanın digər regionlarında da tətbiq ediləcək" -deyə İB-də qeyd olunub.

Əhali yeni CDMA texnologiyasının xidmətlərinə böyük maraq göstərir və 408 indeksli sistemin artıq 60-dan çox abunəçisi vardır.Öz növbəsində, belə xidmət göstərən digər dövlət strukturu - Bakı Telefon Rabitəsi (BTRİB) İB-nin 511 indeksli abunəçilərinin sayı 140-dan çoxdur.

Hər iki indeksdə telefon nömrələrinin ümumi sayı 10 təşkil edir.

CDMA (Code Division Multiple Access - Kod bölmələrinə çoxtərəfli çıxış Sistemi) - GSM-dən sonra işlənib-hazırlanmış və ilk dəfə QUALCOMM tətbiq edilmiş rəqəmli rabitəsiz texnologiyadır. CDMA danışığı rəqəmli məlumata köçürür, sonra radiosiqnal kimi rabitəsiz şəbəkə ilə göndərilir. İlk dəfə 1995-ci ildə kommersiya məhsulu kimi təqdim edilmiş CDMA dünyada ən tez yayılan rabitəsiz texnologiyadır. 1999-cu ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunications Union) CDMA-nı "üçüncü nəsil" (3G) yeni rabitəsiz sistemlər üçün sənaye standartı olaraq seçib.

Xəbər lenti

Xəbər lenti