...

Bakıda texnoparklar üzrə beynəlxalq konfrans keçiriləcək

Telekommunikasiya Materials 13 Fevral 2006 18:36 (UTC +04:00)

Bakıda texnoparklar üzrə beynəlxalq konfrans keçiriləcək. Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinin elmi planlaşdırma sektorunun rəisi Rüfət Gülməmmədovun Trend ə verdiyi məlumata görə, Rabitə Nazirliyinin təşkil edəcəyi konfransın 2006-cı il mayın birinci yarısında keçirilməsi planlaşdırılıb.

Nazirlik tərəfindən konfransda iştirak etmək üçün Türkiyəyə, Çinə, Yaponiyaya, İtaliya, İsveçrə, Almaniya, MDB ölkələri, Baltikyanı ölkələrə və digərldərinə dəvətnamələr göndərilib.

"Bu zaman bizim üçün məhz bu ölkələrdən mütəxəssislərin iştirak etməsi onun üçün mühümdür ki, bu ölkələrdə texnoparklar sahəsində böyük təcrübə var", - deyə Nazirliyin nümayəndəsi bildirib.

Konfransın keçirilməsində əsas məqsəd artıq texnoparklara malik ölokələrin mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq və Azərbaycanda analoji müəssisələrin yaradılmasında istifadə etməkdir.

Azərbaycanda 2005-2008-ci illərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına müvafitq olaraq texnoparkları 2008-ci ilə qədər yaratmaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti