...

Lənkəranda Azərbaycanda İKT-nin inkişafına həsr olunmuş konfrans keçiriləcək

Telekommunikasiya Materials 15 Fevral 2006 13:02 (UTC +04:00)

Lənkəranda Azərbaycanda İKT-nin inkişafına həsr olunmuş elmi-təcrübi konfrans keçiriləcək. Rabitə və informasiya texnologiyaları nazirliyindən Trend ə verilən məlumata görə, konfransın mövzusu "Regionların iqtisadi inkişafında informasiya və kommunikasiya texnologiyalarının infrastrukturunun idarə edilməsi və formalaşdırılması"dır.

Tədbirin təşkilatçıları Rabitə və Təhsil nazirlikləri, Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Nazirlikdən bildirilib ki, tədbirin pilot layihəsi kimi Lənkəranda keçirilməsi və yaxın gələcəkdə ölkənin bütün regionlarında təşkil olunması planlaşdırılır.

Konfrans martın 25-də Lənkəran Dövlət Universitetində keçiriləcək.

Tədbirdə Rabitə nazirliyi, LDU, AMEA nümayəndələrinin və başqalarının iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti