...

Rabitə Nazirliyi Azərbaycanda texnoparkların yaradılması ilə bağlı hökumətə müraciət edib

Telekommunikasiya Materials 22 Fevral 2006 20:28 (UTC +04:00)

Azərbaycanın rabitə və informasiya texnologiyaları Nazirliyi ölkənin Milli Məclisinə və Nazirlər Kabinetinə İT sahəsində (texnopark) respublikada azad iqtisadi zonanın yaradılması məsələsinin müzakirəsi ilə bağlı müraciət edib. Nazirlikdə Trend ə bildirilib ki, hazırda elmi inkubatorların yaradılması üzrə normativ-hüquqi bazanın hazırlanması ilə bağlı işlər aparılır.

Nazirlikdə qeyd olunub ki, işlər nazirliyin mütəxəssislərindən ibarət yaradılmış xüsusi işçi qrupu tərəfindən həyata keçirilir.

Həmçinin bu layihə ilə bağlı EBRD, Ernst & Young, Cisco, ATİB və digər bir sıra beynəlxalq təşkilatlar və şirkətlərlə danışıqlar aparılır.

2005-2008-ci illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı dövlət proqramına əsasən texnoparkların 2008-ci ilədək yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti