...

MS Windows XP lokallaşdırma layihəsi çərçivəsində terminoloji lüğətin Azərbaycan dilinə tərcüməsi başa çatdırılıb

Telekommunikasiya Materials 4 İyul 2006 17:57 (UTC +04:00)

Microsoft -un maliyyə dəstəyilə MS Windows XP əməliyyat sisteminin lokallaşdırılması layihəsi çərçivəsində terminoloji lüğətin Azərbaycan dilinə tərcüməsilə bağlı iş başa çatdırılıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycan Prezidenti İcra Aparatının İnformasiya Ehtiyatları və Texnologiyaları Şöbəsinin müdiri, lüğətin hazırlanması üzrə moderator Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, 2 145 söz tərcümə olunub. Hazırda daha 33 söz üzərində iş gedir.

Hazırda həmin sözlərin proqram təminatına tətdim edilməsi istiqamətində iş gedir" - deyə E.Vəlizadə qeyd edib.

Microsoft Azərbaycan üçün MS Windows XP-nin lokallaşdırılmasının əsas mərhələsinin apreldə başlanacağını elan edib. Növbəti mərhələ Windows interfeysinin tam Azərbacyan dilinə tərcüməsi və Language Interface Pack xüsusi paketinin yaradılmasıdır. İş 2006-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti