...

Azərbaycan və Gürcüstan yerüstü poçt mübadiləsinə başlayıb

Telekommunikasiya Materials 20 İyul 2006 11:20 (UTC +04:00)

Azərbaycan və Gürcüstan iyunda tərəflər arasında imzalanmış protokol çərçivəsində yerüstü poçt mübadiləsinə başlayıb. Bu barədə Trend ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Birinci mərhələdə poçt mübadiləsi həftədə iki dəfə həyata keçiriləcək. Gələcəkdə daşımaların həcminin artdığı zaman gündəlik mübadilə və tranzit poçt daşımalarının həyata keçirilməsi planlaşdırılır.

Hazırda Azərbaycan təkcə İranla və bu həftədən etibarən Gürcüstanla yerüstü poçt daşımaları həyata keçirir. Bu məqsədlə Rusiya ilə danışıqlar aparılır və artıq ilkin "Niyyət" protokolu imzalanıb.

Xəbər lenti

Xəbər lenti