...

Azərbaycan məktəbliləri Hewlett-Packard Ümumdünya Biznes Olimpiadasının finalında iştirak edir

Telekommunikasiya Materials 22 İyul 2006 13:27 (UTC +04:00)

Azərbaycan məktəbliləri Hewlett-Packard Ümumdünya Biznes Olimpiadasının finalında iştirak edir. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata əsasən, Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı 2006-cı il 25 iyulunda Park Inn Mehmanxanasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi və Ümumdünya Gənclərinin Nailiyyəti təşkilatının həyata keçirdiyi Hewlett-Packard Ümumdünya Biznes Olimpiadasında Azərbaycanlı şagirdlərin uğurlu çıxışlarına həsr edilmiş təqdimat mərasimi keçirəcək.

Beynəlxalq Gənclərin Nailiyyəti təşkilatının yerli təmsilçisi olan Azərbaycan Gənclərinin Nailiyyəti 2000-ci ildən fəaliyyət göstərir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və fərdi donorların dəstəyilə AGN hər il 150 şagirdi Hewlett Packard Ümumdünya Biznes Olimpiadasında iştirak etmək imkanı ilə təmin edir.

Bu il Estoniya, Kanada, Rusiya, Ukrayna və Çin ölkələrindən olan digər yeddi komanda ilə birgə Azərbaycan komandası 68 ölkənin 1000-dən artıq komandasını arxada qoyaraq, yarışın final mərhələsinə keçməyə müvəffəq olub. Azərbaycan Gənclərin Nailiyyəti şagirdlərin 2006-cı ilin avqustunda keçiriləcək finalda iştirakı məqsədilə onların ABŞ-a səfərlərinə sponsorluq edir.

Xəbər lenti

Xəbər lenti