Azercell Telecom BM müxtəlif dünya ölkələrilə mobil rabitə əlaqələrini genişləndirir. Trend şirkətə istinadən xəbər verir ki, Azercell Telecom öz abonentlərinin beynəlxalq rabitəyə çıxış imkanlarını daim artırmağı qarşısına məqsəd qoyduğundan bu dəfə Əlcəzairin "Algerie Telecom Mobile" şirkəti ilə beynəlxalq rouminq sazişi bağlayıb. Bu, Əlcəzairlə artıq ikinci rouminq sazişidir. Ölkəmizin mobil rabitə liderinin abonentləri artıq 2003-cü ildən etibarən adıçəkilən ölkənin "Orascom" operatorunun rouminq xidmətindən yararlanır.
Bir ölkənin bir neçə operatoru ilə rouminq əməkdaşlığı fasiləsiz və etibarlı rabitə əlaqəsinə təminat verir. Ona görə də "Azercell Telekom"un Əlcəzairin 2 operatoru ilə rouminq əlaqəsində olması onun bu gözəl ölkədə səfərdə olan abonentlərinə dayanıqlı rabitə imkanı yaradır.
İndiyədək 126 ölkənin mobil rabitə operatorları ilə 276 rouminq sazişi bağlayan "Azercell Telekom" BM bu gün də öz yenilikləri ilə abonentlərini sevindirməyi, onları mobil rabitənin ən son nailiyyətləri ilə təmin etməyi və beynəlxalq rabitənin inkişafı naminə öz xidmətlərinin sayını artırmağı əsas məqsədlərdən hesab edir.