...

Bakıda teleradioyayımın cari vəziyyəti müzakirə ediləcək

Telekommunikasiya Materials 27 İyul 2006 15:29 (UTC +04:00)

İyulun 28-də yeni teleqüllədə "Azərbaycanda teleradioyayımın indiki vəziyyəti, problemlər, onların həlli yolları və inkişaf perspektivləri"nin təqdimat mərasimi keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən xəbərə görə, tədbirin təşkilatçısı Teleradio İB-dir.

Tədbirdə müzakirə ediləcək əsas məsələlər teleradioyayım şəbəkəsinin (özəl, dövlət və xarici kanallar) indiki vəziyyəti, teleradio proqramların qəbulu və yayımındakı problemlər, teleradioyayım şəbəkəsinin quraşdırılmasında və planlaşdırılmasında yeni PT-nin və yeni texnologiyanın tətbiqi, rəqəmli teleyayım, mobil teleyayım sistemləridir.

Görüşdə radiotelekanalların texniki direktorlarının, Rabitə Nazirliyinin, Dövlət radio tezliklər idarəsinin, Teleradio İB-nin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti