...

Azercell Paraqvay və Madaqaskarın mobil rabitə operatorları ilə rouminq sazişi bağlayıb

Telekommunikasiya Materials 27 İyul 2006 19:14 (UTC +04:00)

Azercell Telecom BM Paraqvayın CTİ Movil və Madaqaskarın Madacom (Celtel) mobil rabitə operatorları ilə rouminq müqaviləsi imzalayıb. Trend şirkətə istinadən xəbər verir ki, Paraqvay və Madaqaskarda istrahət və ya işguzar səfərdə olan Azercell abunəçiləri dünyanın istənilən ölkəsinə zəng vura və zəng qəbul edə bilər.

Mobil rabitə üzrə beynəlxalq biznesdə operatorun rouminq üzrə çoxlu sayda etibarlı tərəfdaşının olması onun əhatə dairəsinin məhdudiyyətsizliyini göstərir.

"Azercell Telesom BM-in müxtəlif ölklərdən olan operatorlarla fasiləsiz rouminq rabitəsinin yaradılması istiqamətindəki səyləri abunəçilərə göstərilən qayğının təcəssümüdür" - deyə müəssisədən bildiriblər.

Bu gün Azercell 128 ölkənin operatoru ilə 279 rouminq müqaviləsi bağlayıb.

Xəbər lenti

Xəbər lenti