...

Azərbaycanın rabitə naziri Koreya nümayəndə heyətini qəbul edib

Telekommunikasiya Materials 30 Avqust 2006 17:43 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini, Azərbaycan-Koreya iqtisadi komissiyasının rəhbəri Li Yun Qulun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin məlumatında deyilir.

Azərbaycanın rabitə naziri Əli Abbasov bildirib ki, ölkələr arasında informasiya texnologiyaları sahəsində imzalanmış memorandum gələcəkdə əlaqələrin inkişafına təkan verəcək.

Hazırda Azərbaycanda İKT sektorunun neft-qaz sektorundan sonra ikinci prioritet sahə olduğunu qeyd edən nazir bildirib ki, bu gün respublikada texnoloji parkların yaradılmasına böyük diqqət ayrılır. O, bu məsələdə Koreya təcrübəsinin əldə olunması mümkünlüyünü nəzərə çatdırıb.

Li Yun Qul bildirib ki, Cənubi Koreya Azərbaycanla əlaqələrin qurulmasına böyük önəm verir. O qeyd edib ki, hazırda bu əlaqələrin gələcəkdə inkişafı prespektivləri nəzərdən keçirilir.

Onun sözlərinə görə, onun rəhbərlik etdiyi nazirlikdə Azərbaycanla əməkdaşlıq qrupu yaradılır. Li Yun Qul bildirib ki, Azərbaycanla 5 istiqamətdə prioritet əlaqələr müəyyən edilib və onlardan biri İT sektorudur.

Xəbər lenti

Xəbər lenti