1996-cı ildən bəri Azercell Telecom müştərək müəssisəsinin Azərbaycanın rabitə sahəsinə qoyduğu sərmayələrin həcmi $500 mln-u keçib. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətin baş direktoru Halim Atəş məlumat verib.
Onun sözlərinə görə, 2006-cı ildə MM ölkənin rabitə sahəsinə $140 mln sərmayə qoymağı planlaşdırır. "2006-cı ildə artıq $90 mln-dan çox sərmayə yatırılıb. Qalan vəsatlər isə şirkət tərəfindən ilin sonunadək ayrılacaq", - deyə o bildirib.
Vəsaitlər abunəçilər üçün yeni xidmətlərin tətbiqinə, müxtəlif sosial layihələrə, sponsorluq fəaliyyətinə yönəldiləcək.