Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinin İsmayıllı Telekommunikasiya Qovşağı (TKQ) üçün elan olunmuş tenderin vaxtı uzadılıb. Trend xəbər verir ki, tender İsmayıllıda mərkəzi ATS-in tam yenidənqurulması üçün elan olunub.
Tender proseduru oktyabrın 12-də olmalı idi, lakin orada yalnız bir iddiaçı iştirak etdiyindən, qanunvericiliyə əsasən ərizələrin qəbul vaxtının oktyabrın 31-nə qədər uzadılması haqqında qərar qəbul oluqub. Tenderdə iştirakın qiyməti 1,6 min AZN təşkil edir. Prosedur noyabrın 1-də keçiriləcək.