...

Bakıda "Cisco"nun yeni şəbəkə akademiyası açılıb

Telekommunikasiya Materials 19 Oktyabr 2006 20:11 (UTC +04:00)

Bakı İqtisad Universitetində "Cisco" şəbəkə akademiyasının açılışı olub. Trend in xəbər verdiyi kimi, mərkəz "Cisco" regional şəbəkə akademiyasının AzNET layihəsi ("İnternetə çıxış və təhsil və vətəndaş cəmiyyəti infrastrukturunun inkişafı tədqiqatları") çərçivəsində yaradılıb.

AzNET Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi timsalında Azərbaycan hökuməti, BMT-nin İnkişaf Proqramı, Soros Fondu və AzRENA-nın (Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası) iştirak etdiyi beynəlxalq layihədir.

Lokal akademiyanın rəhbəri Ramin Mahmudzadədir. Layihə çərçivəsində artıq 8 lokal şəbəkə akademiyası yaradılıb. Sonuncu, onuncu bu ilin sonunda Naxçıvan Muxtar Respublikasında yaradılacaq.

Açılış mərasimində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, BDU-nun rektoru Abel Məhərrəmov, təhsil işçiləri, qeyri-hökumət təşkilatları, özəl sektor nümayəndələri iştirak ediblər.

Proqramı "Cisco" akademiya proqramlarının regional meneceri Rövşən Əkbərov təqdim edib. Onun sözlərinə görə, bu günə qədər dünyanın 150-dən çox ölkəsində "Cisco"nun 11 mindən artıq şəbəkə akademiyasında 1,6 mln. tələbə təhsil alıb.

Xəbər lenti

Xəbər lenti