...

Cisco Sistems və Azərbaycanın rabitə nazirliyi birgə seminar keçirmək niyyətindədir

Telekommunikasiya Materials 12 Dekabr 2006 16:03 (UTC +04:00)

Cisco Sistems şirkəti və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda birgə seminar keçirməyi planlaşdırır. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər. Tədbirin 20-25 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılır. "Bu Elektron iderəetmə sahəsində Cisco Sistems təcrübəsinin öyrənilməsinə həsr olunmuş işçi seminar olacaq" - deyə idarədən bildiriblər. Seminarda işləmək üçün bir çox dövlət idarələrinin təmsilçiləri, həmçinin informasiya texnologiyaları sahəsində mütəxəssisləşmiş xüsusi şirkətlər dəvət olunub.

Hal-hazırda seminarın dəqiq tarixi və təşkilati məsələlər müəyyənləşdirilir.

Cisco Sistems 1984-cü ildə Stenford univesitetinin kiçik bir kompyuterçi alimlər qrupu tərəfindən təşkil olunub. Bu gün şirkətin 50 mindən artıq əməkdaşı var ki, bütün dünyaya yayılaraq novatorluq ənənələrini davam etdirir və İP kommunikasiyanın, şəbəkə təhlükəsizliyinin, LAN xəttsiz şəbəkənin, mühafizə Şəbəkəsinin, videosistemllərin və şəbəkə xidmətlərinin daxil olduğu müasir texnologiyalar sahəsində Cisco baza sahələri üçün qərarlar işləyirlər. Cisco Sistems-in dünyəvi ştab-mənzili San-Xosedə (Kaliforniya ştatı) yerləşir. Şirkətə Cisco Sistems-in prezidenti və baş icraçı direktoru Con Çembers rəhbərlik edir. 1990-cı ildə Cisco Sistems açıq tipli Səhmdar cəmiyyət olduqdan sonra onun illik gəlirləri 2006-cı maliyyə ilində 69 mln $-dan, 28,5 mlrd $-a qədər artdı. Bazar kapitallaşmasında (təxminən 129 mlrd.$ ) Cisco Sistems 500 iri dünya şirkətlərinin siyahısında 26-cı yeri tutur ki, İT şirkətləri arasında bu göstəricidə yalnız Microsoft-a güzəştə gedir. MDB-də Cisco sistems 1995-ci ildən işləyir. Hal-hazırda

Cisconun ofisləri Almatada, Kiyevdə, Daşkənddə, Moskvada, Sankt-Peterburqda açılıb.şirkətin əməkdaşları həmçinin Astanada, Kiyevdə, Bakıda, Yekaterinburqda, İrkutskda, Krasnodarda, Minskdə, Nijnıy Novqorodda, Novosibirskdə, Rostov-Donda, Surqutda, Xabarovskda çalışır. Şirkətin yaxın perspektivlərində Bakıda da rəsmi ofisinin açılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti