...

BTRİB paytaxtın telefon şəbəkəsinin yenidən qurulmasını başa çatdırır

Telekommunikasiya Materials 12 Dekabr 2006 18:11 (UTC +04:00)

Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ATS 46-nın elektronlaşdırılmasını başa çatdırır. Bu barədə Trend ə müəssisədən məlumat verilib. Bu günə qədər ATS 463/64/65, 468/69/60 yenidən qurulub.

ATS 46162, ATS - 60 üzrə işlər artıq başa çatır və nömrələrin köçürülməsi üzrə tədbirlər görülür. ATS-60-ın ümumi tutumu 100 min nömrə təşkil edir. Bu nömrələrdən yalnız 10 mini qalıb və onlar da dekabrın sonunadək təkmilləşdiriləcəklər.

Növbəti mərhələdə ATS-471/472/473 və ATS-474/475/476 və ATS-423 yenidən qurulacaq. Burada stansiyaların ümumi tutumu 80 min nömrə təşkil edir. Bu işlər tədbirlər planına əsasən 2007-ci il birinci rübün sonunadək tamamlanmalıdırlar.

Hazırda paytaxt üzrə rabitənin elektronlaşdırılmasının səviyyəsi 80,6%-dən çoxdur, Azərbaycanın digər bölgə və yerləri üzrə 60%-i ötür.

Köhnə ATS-lər elektronlaşdırıldıqca NGN texnologiyası üzrə yeniləri ilə əvəz olunacaq. Burada yenilənmiş variantda "4" indeksi 5-lə əvəz olunur (466 566-ya və s.).

İndiyədək müəssisə 566/ 567/514 yeni NGN stansiyaları və NGN-568/569/560 istismara verib, ATS 494/495 -in binasında əlavə olaraq 4800 nömrə quraşdırılıb.

Yuxarıda göstərilən tədbirlər 2004-2008-ci illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına ("Elektron Azərbaycan") əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti