...

Azərbaycan Rabitə Nazirliyi 2006-cı ildə 3000-dən yuxarı adamı işlə təmin edib

Telekommunikasiya Materials 24 Yanvar 2007 18:55 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Rabitə və İnformasiya texnologiyaları nazirliyinin birlik vıə müəssisələrinə 3008 nəfər işə götürülüb, bu barədə Trend dövlət strukturunun məlumatına istinadən xəbər verir.

Bu müddət ərzində işdən kənarlaşdırılanların sayı 1790 nəfər olub, onların 1689 nəfəri öz arzusu ilə işdən azad olunub, 101 nəfər isə əmək məcəlləsinin ayrı-ayrı maddələrinə görə işdən çıxarılıb.

İxtisasartırma kurslarında 3310 adam iştirak edib, 2739 adam bu kursları istehsalatdan ayrılmadan keçib, 571 nəfər istehsalatdan ayrılaraq kurs keçib.

Xəbər lenti

Xəbər lenti