...

Azerfon əməkdaşları üçün treninqlər keçirib

Telekommunikasiya Materials 12 May 2007 12:28 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın mobil operatoru Azerfon əməkdaşları üçün treninqlər keçirib. Bu barədə şirkətdən məlumat verilib.

Dörd günlük treninqlər şirkətin satış departamentinin 15 əməkdaşı üçün keçirilib. Treninqlərin məqsədi şirkət əməkdaşlarının Nar Mobile abunəçilərinə göstərdiyi xidmətlərin keyfiyyətinin artırılmasıdır.

Fəaliyyətə başladığı vaxtdan şirkət satış, müştərilərə xidmət, menecment, IT və texniki şöbələr üçün mindən çox xüsusi treninqlər keçirib.

Azərbaycanda GSM standartı üzrə üçüncü mobil operatoru Azerfon BM kommersiya fəaliyyətinə Nar Mobile nişanı altında martda başlayıb. Şirkətin 280-dən çox əməkdaşı var.

Xəbər lenti

Xəbər lenti