...

Azərbaycanın "CASPEL" şirkəti "CISCO"nun baş əməkdaşı oldu

Telekommunikasiya Materials 23 May 2007 18:39 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend / IT sahəsində və Azərbaycanın telekommunikasiya bazarında kompleks həllər təqdim edən Azərbaycanın "CASPEL" şirkəti "Cisco"nun (Premier Certified Partner) baş əməkdaşı sertifikatını alıb. Bu barədə şirkətin məlumatında bildirilib.

Cisco Systems - şəbəkə texnologiyalarının hazırlanması sahəsində ixtisaslaşmış, həmçinin şəbəkələrin kommutasiya və təhlükəsizliyinin təminatına xidmət edən kompüter avadanlıqlarının istehsalı ilə məşğul olan dünyanın ən iri müəssisələrindən biridir.

Premier Certified Partner - statusunu almaq üçün "CASPEL" şirkəti "Cisco"nun bu cür əməkdaşlıq üçün qoyulan bütün tələblərini yerinə yetirib. Onun müətəxəssisləri "Cısco"nun dizayn və şəbəkə həllərinin dəstəyi, satışı sahəsində ciddi hazırlıq keçib. Şirkətin mütəxəssisləri müştərilərinə şəbəkənin istənilən inkişaf mərhələsində - layihələndirmədən ən müasir şəbəkə həllərinin quraşdırılması və konfiqurasiya edilməsinə qədər mərhələrində effektiv kömək göstərməyə qadirdir.

Xəbər lenti

Xəbər lenti