...

Azərcell şəffaflığına görə mükafat alıb

Telekommunikasiya Materials 6 İyun 2007 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend / Azərcell Telekom BM-in mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycanın mobil operatoru Azərcell Telekom BM Zərdabi adına Mətbuat Mərkəzi tərəfindən min jurnalist arasında aparılan sorğunun nəticələrinə görə, ən şəffaf şirkət adlandırılıb və "Azad informasiya məkanı" mükafatına layiq görülüb.

Zərdabi Mətbuat Mərkəzi Azərbaycanda 2006 -2007-ci illlər üçün nəzərdə tutulan proqramı həyata keçirir və bu proqrama ilk mənbədən alınan məlumatın vəziyyəti, həmçinin bu sahədə mövcud olan problem və tendensiyaların araşdırılmısı ilə bağlı monitorinq daxildir.

Proqramın əsas hissəsini 2006-cı ildəki fəaliyyətinə görə ən şəffaf şirkəti müəyyən etmək təşkil edir, buraya dövlət və birgə müəssisələr, səhmdar cəmiyyətlər, beynəlxalq təşkilatlar və xarici ölkələrin səfirlikləri daxildir. Sorğuda jurnalistlər, redaktorlar və ekspertlər iştirak ediblər.

Sorğunun nəticələrinə görə, dövlət strukturları arasında Xarici İşlər Nazirliyi, beynəlxalq təşkilatlar arasında ATƏT-in Bakı ofisi, xarici ölkələrin səfirlikləri arasında ABŞ səfirliyi, birgə müəssisələr və səhmdar cəmiyyətlər arasında Azərcell BM daha çox səs qazanıb. Qaliblər "Azad informasiya məkanı" mükafatfna layiq görülüb.

Mükafatların təqdimat mərasimində iştirak edən Azərcell-in direktoru Xəlil Atəş bildirib: "Biz KİV-lə möhkəm əlaqələr yaratmışıq. Bizim şirkət KİV-in açıq olması və məlumatın şəffaflığı prinsipinə sadiq qalır. Biz KİV-lə mövcud olan əlaqələri qoruyub saxlamaq üçün bacardığımızı edirik. Biz Azərbaycanda jurnalistikanın səviyyəsinin yüksəlməsinə təsir göstəririk. Vətəndaş cəmiyyətinin yaradılmasında güclü və azad medianın rolunu nəzərə alaraq biz bir neçə layihəni həyata keçirməyə başlamışıq. Jurnalistlər tərəfindən bizim belə mükafata layiq görülməyimiz doğru yolda olduğumuzu göstərir. Azərbaycanda ən şəffaf şirkət olmaq həm şərəfli, həm də məsuliyyətlidir".

Mərasimdə iştirak edən İctimai Televiziyanın Yayım Şurasının sədri və BDU-nun Beynəlxalq Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli Azərcell-in bu mükafata layiq görülməsini təsadüfi hesab etməyib. "Azərcell-in bu mükafata layiq görülməsi təsadüfi deyil və onun KİV-lə daimi və sıx əlaqələrinin nəticəsidir. Bütün fəaliyyəti dövründə Azərcell milli mətbuatla dostluq əlaqələri saxlayıb" - deyə o bildirib. Xatırladaq ki, şirkət mətbuatla əlaqələrini özünün qarşılıqlı anlaşma fəaliyyətinin əsas göstəricisi hesab edir və bu il öz İnternet səhifəsində "Mətbuat otağı" ( http ) yaradıb. Bu otaq daim mətbuat üçün açıqdır və KİV-lə operativliyi artırmaq üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti