...

Azərbaycanda "Azərpoçt"un restrukturizasiyası başlayıb

Telekommunikasiya Materials 12 İyun 2007 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Nazirliyi "Azərpoçt" dövlət müəssisəsinin idarəçilik aparatının restrukturizasiyası haqda qərar çıxarıb.

Bu barədə çərşənbə axşamı idarədən məlumat veriblər. Müvafiq proses üç aya yaxın vaxt aparacaq.

Restrukturizasiya ilə bağlı təkliflər Dünya Bankı ilə birgə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində hazırlanıb. Bu layihə ölkənin poçt sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.

Nazirlikdə bildiriblər ki, struktur dəyişiklikləri əməkdaşların ixtisara salınmasını nəzərdə tutmur. Bu proses çərçivəsində yalnız yeni bölmələrin yaradılması və mövcud olanların birləşdirilməsi planlaşdırılır.

Hazırda "Azərpoçt" müəssisələrində 4,2 mindən çox əməkdaş çalışır. Müəssisənin aparatında 93 əməkdaşın işlədiyi 12 bölmə fəaliyyət göstərir. Aparat istiqamətləndirən və nəzarət funksiyasını həyata keçirən orqandır. Bu orqan ölkədə fəaliyyət göstərən bütün poçt müəssisələrinin işinə nəzarət edir.

"Maliyyə xidmətlərinin inkişafı" layihəsinin dəyəri 17,5 mln. dollardır. 12,25 mln. dollarlıq krediti Dünya Bankı, yerdə qalan hissəsini isə Rabitə Nazirliyi və Azərbaycanın Milli Bankı qismində Azərbaycan hökuməti ödəyəcək. Layihənin reallaşdırılması nəticəsində Azərpoçt əhaliyyə maliyyə xidmətləri göstərməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti