...

Azərcell PayCELL xidmətində yenilik edib

Telekommunikasiya Materials 23 İyun 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə peratoru Azərcell Telesom BM PayCELL xidmətində yenilik edib. Şirkətin məlumatında göstərilib ki, indi kontur hədiyyəsi iki dəfə çox olacaq. Bunun üçün konturun yönəldildiyi SimSim abonentiniin nömrəsini 9202 - yə göndərmək lazımdır. Bununla da 200 kontur abonentin balansına köçürüləcək.

Əgər köçürmə Fakturalı Xətt abonentinin hesabından aparılırsa, onun hesabından 0,80 manat (ƏDV-siz) tutulacaq və 200 kontur SimSim abnentinin balansına əlavə olunacaq.

1 gün ərzində xidmətdən üç dəfə istifadə etmək mümkündür.

9202 nömrəsinə göndərilmiş 1 sms-sorğu Fakturalı Xətt abonentləri üçün 0,08 manat, SimSim abonentləri üçün isə 20 konturdur.

Şirkətin təqribən 2,5 mln. nəfər abonenti var. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 78, respublika əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət ilk öncə müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edirdi.

Azərcell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Türkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti