...

"Baktelekom" genişzolaqlı rabitənin abonentlərinin sayını açıqlayıb

Telekommunikasiya Materials 24 İyul 2007 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ İlin birinci yarısının yekunlarına əsasən, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Baktelekom" İstehsalat Birliyinin genişzolaqlı rabitəsinin abonentlərinin sayı 2246 nəfər təşkil edib.

Nazirlikdən verilən məlumata görə, 2006-cı ilin eyni dövrü ilə müqayisədə abonentlərin artımı 53% təşkil edib.

Azərbaycanın regionlarında bu xidmətləri tətbiq etmək məqsədilə "Aztelekom.Net" İSP üzərindən Lənkəran, Mingəçevir, Şəki, Quba, Xaçmaz, Göyçay, Zaqatala, Abşeron, Şəmkir, Yevlax, Gəncə, Sumqayıt, Astara, Cəlilabad, Tovuz və Sabirabadda 24 ədəd genişzolaqlı DSLAM avadanlığı quraşdırılmışdır. Bu avadanlıq vasitəsilə 500-dən çox istifadəçinin yüksək sürətli internetə qoşulma imkanı təmin edilib. İP TV istifadəçilərinin sayı 74-ə çatıb.

İnternetə genişzolaqlı çıxış imkanı analoji və rəqəmli modemlərdən fərqli olaraq məlumatları daha tez ötürmyə imkan verir.

Xəbər lenti

Xəbər lenti