...

Azercell Fakturalı Xətt abonentlərinə yeni Azercell DataKart xidməti təklif edir

Telekommunikasiya Materials 27 İyul 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /İyulun 27-dən Azercell Fakturalı xətt abonentlərinə yeni Azercell DataKart təklif edir. Şirkətdən verilən məlumata görə, bu xidmətlə abonent sürət, sərbəstltk və rahatlıq kombinasiyası əldə edir. Xidmətin köməyilə abonent internetə, elektron poçtuna, korporativ şəbəkələrə istənilən vaxt və istənilən yerdə çıxış əldə edə bilər.

27.07.07-31.12.07 tarixləri arasında isə Azercell DataKart tarif paketlərinə 50% güzəşt tətbiq edilir.

Paket Qiymət Endirimli qiymət
1. DataKart 20 20 AZN 10 AZN
2. DataKart 10 10 AZN 5 AZN

Bundan başqa, DataKart özündə güclü SMS redaktoru və SMS-ləri oxumaq üçün proqramı cəmləşdirir.

Gələn və göndərilən mesajlar Outlook tipli qovluqlarda sıralanacaq.

DataKart paketini almaq üçün Bakı şəhəri, S. Rüstəmov küçəsi, 3/6 ünvanında yerləşən "Akhundoff Netvorks LTD" şirkətinə müraciət etmək və təqdim olunan abunə formasını doldurmaq lazımdır.

Paketə aşağıdakılar daxildir: SIM-kart, PCMCIA datakart, CD (proqramla).

Şirkətdən verilən məlumata görə, "Azercell DataKart" tarif paketlərindən hər hansı birinə qoşulmadan, GPRS/EDGE xidmətlərindən istifadə zamanı "Standart" tarif paketinin müvafiq tarifləri tətbiq olunur: 10 KB - 0,01 AZN. Qiymətlərə ƏDV daxil deyil.

MesajCELL və digər SMS üzərində qurulan xidmətlərin istifadəsi zamanı "Standart" tarif paketinin müvafiq tarifləri tətbiq olunur.

Cari ayın istifadə olunmayan GPRS trafiki digər ayın balansına keçirilmir.

Bu xidmətdən yalnız Azercell Fakturalı Xətt abonentləri istifadə edə bilər.

DataKart istifadə zamanı gələn və gedən zənglər və MMS xidmətlərindən istifadə mümkün olmur.

Endirimli tariflər ancaq ölkə daxilində tətbiq olunur. Ölkə xaricində istifadə olunan GPRS GRPS-rominq tariflərinə əsasən hesablanacaq.

Azercell DataKart tarif paketindən digər tarif paketlərinə və ya əks istiqamətdə keçid ancaq cari hesab dövrü tamamlandıqdan sonra mümküdür. Tarif paketini dəyişmək üçün Müştəri xidmətlərinə müraciət etmək lazımdır.

PCMCIA DataKartı "phone lock" funksiyası ilə satılır.

Azercell DataKart gələcəkdə tətbiq oluna biləcək 3G və digər yüksək sürətli İnternet texnologiyalarına uyğunlaşacaq şəkildə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti