...

500-dən çox şəxs HP-dən pulsuz şəkil əldə edib

Telekommunikasiya Materials 7 Avqust 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / HP şirkətinin Azərbaycandakı nümayəndəliyi "Amburan" çimərliyində fotoguşə təşkil edib ki, burada istirahət edən hər bir şəxs pulsuz şəkil çəkdirə və HP-dən xatirə olaraq foto əldə edə bilər. Son iki bazar günü ərzində bütün arzu edən şəxslər fotoçəkilişlərdə iştirak edib və HP printerlərində çap olunmuş foto əldə ediblər. Şirkətin məlumatına görə, bu xidəmətin göstərildiyi son iki bazar günü ərzində 500-dən çox şəxs şəkil çəkdirib. HP-dən foto əldə etmək istəyənlərin sırasında təkcə azərbaycanlılar deyil, Almaniya, Türkiyə, Hindistan, Böyük Britaniya vətəndaşları da olub.

HP-nin Azərbaycandakı nümayəndəliyinin marketinq və kommunikasya üzrə meneceri Səbinə Pərvizinin verdiyi məlumata görə, belə kampaniyaların təşkili birbaşa olaraq fotoaparatdan və telefondan çap etməyə imkan verən HP printerlərinin üstünlüyünü və rahatlığını əyani olaraq göstərməyə imkan verir.

"Biz belə aksiyaları çimərlik mövsümü bitənə qədər keçirməyi planlaşdırırıq və bütün arzu edənlər pulsuz olaraq HP-dən xatirə şəkli əldə edə bilərlər" - deyə Pərvizi bildirib.

Xəbər lenti

Xəbər lenti