...

Azərbaycan Mərkəzi Bankı nağd pul vəsaitlərinin idarəetmə sisteminin tətbiqi üçün tender elan edib

Tender müsabiqələri Materials 26 İyul 2011 15:01 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) yaradılan "Cash Center"də, 5 regional mərkəzlərdə və 2 saylı xəzinədə nağd pul vəsaitlərinin idarəetmə sisteminin (Cash Management System - CMS) tətbiqi üçün tender elan edib.
Azərbaycan Mərkəzi Bankı nağd pul vəsaitlərinin idarəetmə sisteminin tətbiqi üçün tender elan edib

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yaradılan "Cash Center"də, 5 regional mərkəzlərdə və 2 saylı xəzinədə nağd pul vəsaitlərinin idarəetmə sisteminin (Cash Management System - CMS) tətbiqi üçün tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

SMS sisteminə bu modul və interfeyslər daxil olmalıdır: real vaxt rejimində xəzinədə əməliyyatlar və qalıqlar, real vaxt rejimində kassa əməliyyatları, real vaxt rejimində nağd pul vəsaitlərinin emalı və balansa avtomatlaşdırılmış qaydada dəyişikliklərin edilməsinin nəticələri üzrə əməliyyatlar, milli ekspertiza mərkəzinin interfeysinin ekspertiza sistemi ilə yaradılması və s.

Tenderdə iştiraka bu sahədə 3 ildən çox təcrübəyə malik, digər mərkəzi banklarda bu cür xidmətlərin tətbiqi üzrə xidmətlər göstərən şirkətlər buraxılır.

Tender proseduru 5 dekabr 2011-ci il tarixdə saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcək. İştirak etmək üçün ərizələr 16 avqust saat 17:00-dək qəbul edilir. Tenderdə iştirak haqqı 1000 maantdır. İştirakçılar tender təklifinin dəyərinin 1 faizi məbləğində bank zəmanəti təqdim etməlidirlər.

Əlavə məlumat əldə etmək üçün əlaqələndirici şəxs Rafiq Kərimli ilə +99412 493-11-22 (daxili 340) telefonu və [email protected] elektron ünvanı ilə əlaqə yaratmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti