...

Dünya Bankı Tərtər rayonunda su layihəsi çərçivəsində məsləhət xidmətləri üçün maraqlar sorğusu elan edib

Tender müsabiqələri Materials 29 İyul 2011 15:09 (UTC +04:00)
Dünya Bankı (DB) Yaponiya Sosial İnkişaf Fondunun (JSDF) ayırdığı qrant hesabına rayonlarda su xətlərinin və kanalizasiya sistemlərinin bərpası proqramı çərçivəsində məsləhətçinin seçilməsi üçün maraqlar sorğusu elan edib.
Dünya Bankı Tərtər rayonunda su layihəsi çərçivəsində məsləhət xidmətləri üçün maraqlar sorğusu elan edib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Dünya Bankı (DB) Yaponiya Sosial İnkişaf Fondunun (JSDF) ayırdığı qrant hesabına rayonlarda su xətlərinin və kanalizasiya sistemlərinin bərpası proqramı çərçivəsində məsləhətçinin seçilməsi üçün maraqlar sorğusu elan edib.

Məsləhətçinin vəzifəsinə su itkisinin azalması, su təchizatı və kanalizasiya sistemlərinin təmiri üzrə layihə sənədinin hazırlanması daxildir. Təmir işləri Azərbaycanın Tərtər rayonunda 995 mənzildə və 63 yaşayış binasında aparılacaq.

Layihə üzrə işlərin görülməsi müddəti 3 aydır.

Qiymətləndirmə üçün iddiaçılar aşağıdakı məlumatları təqdim etməlidirlər:

Şirkətin layihə işlərində əsas fəaliyyət sahəsi, layihə işlərində azı beşillik iş təcrübəsi, şirkətin son 5 il ərzində həm ayrıca, həm də digər şirkətlərlə birlikdə azı 5 mülki tikinti, su təchizatı və kanalizasiya sahəsində genişmiqyaslı layihləşdirmə işlərində təcrübəsi, mülki və sənaye tikintisi sahəsində, su təchizatı və kanalizasiya sistemində xüsusiləşdirilmiş layihəçilərin və ya lisenziyaya malik xüsusiləşdirilmiş layihəçilərlə əmkədaşlığın olmasının təsdiqi; bundan başqa, Azərbaycan və ingilis dillərində sənədlərin hazırlanması bacarıqları da nümayiş edilməlidir.

Maraqlı məsləhətçilər əlavə məlumatı saat 09:00-dan 17:00-dək aşağıdakı ünvandan əldə edə bilərlər:

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, Bakı şəhəri, İbrahim Dadaşov küçəsi, 60, 3-cü mərtəbə.

Məsələhətçilər təkliflərini 26 avqust saat 14:00-dək təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti