...

"Lukoyl-Azərbaycan" iş və xidmətlərin satın alması üzrə tender elan edib

Tender müsabiqələri Materials 12 Aprel 2012 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir Ə.Həsənov/

"Lukoyl-Azərbaycan" QSC neft şirkəti 2012-ci il üçün şirkətin obyektlərində tam texniki xidmət işləri və mühəndis texnoloji sistemlərin təmir-bərpa işlərinin görülməsi üzrə iki açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə QSC-nin cümə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Lazımi texniki imkanlara və həmin sahədə iş təcrübəsinə, müqavilənin şərtlərinin yerinə yetirilməsi üçün lazımi sənədlərə, maddi-texniki bazaya və lazımi işçi qüvvəsinə malik iddiaçılara üstünlük veriləcək.

Mühəndis-texniki sistemlərin təmiri üzrə lazımi sənədlər 15 may saat 12:00-dan gec olmayaraq, obyektlərin yenidən qurulması üzrə sənədlər isə 14 may saat 14:00-dək "Lukoyl-Azərbaycan" QSC-nin Z.Tağıyev küçəsi, 13 ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir.

Habelə şirkət həm ümumi, həm də biznes təyinatlı nəqliyyat xidmətləri və vasitələri üzrə açıq tender elan edib.

Tender iki lot üzrə keçiriləcək:

1-ci lot: biznes dərəcəli avtomobilləri;
2-ci lot: ümumi təyinatlı avtomobillər.

Müvafiq təklif 2012-ci il mayın 12-dək təqdim edilməlidir. Zərfin açılışı isə 14 may saat 12:00-dа "Lukoyl-Azərbaycan" QSC-nin Z.Tağıyev küçəsi, 13 ünvanında yerləşən baş ofisində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti