Azərbaycan, Bakı, 8 may / Trend, müxbir A.Axundov /
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi Bakıdakı daşınmaz əmlak obyektləri haqqında elektron kadastr məlumat bazasının yaradılması üzrə tender elan edib. Bu barədə Tender Komissiyasının çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Tender rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin satınalmasını nəzərdə tutur.
Tenderdə bu sahədə beş ildən artıq iş təcrübəsi olan yerli və xarici şirkətlər iştirak edə bilərlər.
Tender təklifləri 22 iyun saat 11:00-dək qəbul ediləcək.