Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Axundov/
"Çovdar" mədən-filiz yatağının işlənməsi layihəsi çərçivəsində Azərbaycan Beynəlxalq Mineral Resursların Əməliyyatı Şirkəti (AİMROK) topa aşındırma zavodunun daimi su təchizatı sisteminin tikintisi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.
Azərbaycan qanunvericiliyinə əsasən yaradılmış və müvafiq sahədə ixtisaslaşan, eləcə də Azərbaycan ilə diplomatik münasibətləri olan digər ölkələrin qanunvericiliyinə əsasən yaradılmış və müvafiq sahədə ixtisaslaşan hüquqi şəxslər tenderdə iştirak etmək üçün müraciət edə bilərlər.
Tenderdə iştirak üçün müraciət edən şəxslər təkliflərini 13 iyul 2012-ci il, saat 12:00-dək aşağıdakı ünvana göndərməlidirlər: Azərbaycan, Bakı şəhəri, AZ 1065, Tbilisi prospekti, 49C, Chiraq Plaza, 5-ci mərtəbə, tel.: (+994 12) 499 72 26/27/28.