Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir C.Nəsibova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi "Sumqayıt Kimya Sənaye Parkı" MMC üçün texniki avadanlıqların satın alınması üzrə tenderin qalibi elan edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rəsmi mətbuatda dərc edilmiş məlumatda deyilir.
Tenderin qalibi "Delta Service" MMC olub.
Texniki avadanlıqların satın alınması üzrə tenderin qalibi ilə müqavilə cari ilin dekabrın 24-də imzalanıb.