Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) xüsusi geyim dəstləri satın alır.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, sözügedən geyim dəstlərinin fərdi zirehli qoruyucu tipli olması nəzərdə tutulub.
Məlumata görə, artıq bununla bağlı ANAMA hazırlıqlara başlayıb.
Agentliyə xüusi geyim dəstlərini Norveç Krallığının "Rofi as" şirkəti təhvil verəcək. Bunun müqabilində şirkətə 278.520,25 AZN (278 min 520 manat 25 qəpik) ödəniləcək.