...

Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçirilir

Turizm Materials 28 Avqust 2019 14:16 (UTC +04:00)
Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçirilir
Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçirilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın turizm potensialı ilə bağlı Rusiyada silsilə təqdimatlar keçirilir.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, avqustun 27-dən 29-dək Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirilir.

Tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edir.

Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq.

Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti