...

Vətəndaşlar koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidir – Operativ qərargah

Turizm Materials 28 Fevral 2020 18:11 (UTC +04:00)
Azərbaycan vətəndaşları koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidir.
Vətəndaşlar koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidir – Operativ qərargah

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan vətəndaşları koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidirlər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev vurğulayıb ki, vətəndaşlar da bu istiqamətdə diqqətli olmalıdır: “Əlbəttə ki, biz heç kimi məcbur edə bilmərik ki, getməsin, ancaq vətəndaşlar da bizə yardımçı olmalıdırlar. İmkan daxilində bu təhlükə aradan qalxana qədər vətəndaşlar koronavirus yayılan ölkələrə səfər etməkdən imtina etməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti