...

Sərt karantin dövründə də hotellər işləyib - Kənan Quluzadə

Turizm Materials 11 Mart 2021 13:16 (UTC +04:00)
Sərt karantin dövründə də hotellər işləyib - Kənan Quluzadə

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycanda hotellər bağlanmayıb. Onlar sərt karantin dövründə də fəaliyyət göstərib. Sadəcə olaraq, hotellərin əyləncə və s. kimi funksiyaları məhdudlaşdırılıb.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, hotellərdə ötən ilin avqustundan başlayaraq, COVİD-19-la bağlı vəziyyətə nəzarət məqsədilə monitorinqlər keçirilir. Bu monitorinqlər fəaliyyət göstərən 300-dən çox hoteli əhatə edir. Monitorinqlər gün ərzində təxminən 70 hoteli əhatə edir: "Monitorinqlər zamanı sosial məsafə, maskadan istifadə kimi məsələlərə nəzarət edilir. Ümumilikdə hotellər bu qaydalara əməl edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti