...

Moskvanın turizm imkanlarının Bakıda tanıtımı: Azərbaycan Moskvanın destinasiya marketinqi üçün prioritet bazarlardan birinə çevrilir

Turizm Materials 22 İyul 2022 17:15 (UTC +04:00)
Moskvanın turizm imkanlarının Bakıda tanıtımı: Azərbaycan Moskvanın destinasiya marketinqi üçün prioritet bazarlardan birinə çevrilir

Bakı. Trend:

Moskva Şəhəri Turizm Komitəsi (MŞTK) Moskva şəhərinin aparıcı turizm və biznes destinasiyası kimi Azərbaycanda tanıdılması məqsədilə təşkil olunmuş tanıtım tədbiri keçirmişdir. Təqdimat 21 iyul, 2022-ci il tarixində Bakı şəhəri, “Four Seasons Hotel”-də baş tutmuşdur. Azərbaycanla yanaşı, MŞTK digər ölkələrdə də Moskva şəhərinin turizm sənayesi nümayəndələrinin unikal təkliflərini təqdim etmək və şəhərin yeni imkanlarını nümayiş etdirmək məqsədilə bir sıra tədbirlər təşkil etmişdi.

Moskva Şəhəri Turizm Komitəsi 10-dan çox yerli şirkətin, o cümlədən otellərin, DMC və şəhər əyləncə xidmətlərinin nümayəndələrinin tanıtım tədbirində iştirak etməsini təmin etmişdi. Tədbirdə Azərbaycanın turizm sənayesinin 40-dan çox aparıcı siması iştirak etmişdi. İştirakçılar arasında Moskvadan olan nümayəndələrlə təkbətək görüşlər keçirmək, habelə gələcəkdə uzunmüddətli əməkdaşlıqlar qurmaq üçün əla fürsətlər yaradılmışdır.

Tanıtım tədbirinin iştirakçılarının sözlərinə görə, Moskva şəhəri eyni zamanda ailəvi səyahət, uşaqlarla tətil və ya romantik səyahət üçün də uyğundur. Hər il Moskva şəhəri yüzlərlə mədəniyyət tədbirlərini təşkil edir və bu da paytaxtı Yeni il tətilini və may bayramlarını keçirmək üçün cəlbedici məkana çevirir. Qeyd edək ki, Moskva təkcə məşhur istirahət məkanı deyil, həm də bir çox turist reytinqləri arasında liderdir. Keçən il Rusiyanın paytaxtı “World Travel Awards 2021”-də iki kateqoriya (Dünyanın Aparıcı Həftəsonu İstirahət Destinasiyası və Dünyanın Aparıcı İrs Şəhər Destinasiyası) üzrə qalib olmuşdu və Dünyanın 100 Ən Yaxşı Şəhəri siyahısında 4-cü yeri tutmuşdu.

Tanıtım tədbirləri ilə yanaşı, MŞTK regiondan turistləri cəlb etmək və turizm mütəxəssislərini maarifləndirmək məqsədilə daima innovativ səyahət paketləri hazırlayır və PR tədbirlərini həyata keçirir. 2021-ci ildə Moskva Şəhəri Turizm Komitəsi 2.8 min onlayn tədbir təşkil etmişdir. Tədbirlərdə ümumilikdə Moskva şəhərindən 500-ə yaxın iştirakçı və turizm sənayesinin 2.5 min xarici nümayəndəsi iştirak etmişdir. Tanıtım tədbiri formatı ilk dəfə 2020-ci ildə sınaqdan keçirilib. MŞTK üç rəqəmsal tanıtım tədbiri təşkil etmiş və bu tədbirlər çərçivəsində Yaxın Şərq, Hindistan və Cənub-Şərqi Asiyada 2.6 min biznes görüşü keçirilmişdi. Yaxın gələcəkdə Belarus və Qazaxıstan kimi digər MDB ölkələrində də oflayn tanıtım tədbirlərinin təşkil olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti