...

Azərbaycanda tələbə gənclər təşkilatları üçün təqdimat keçirilib (FOTO)

Cəmiyyət Materials 6 İyul 2012 11:28 (UTC +04:00)
Azərbaycan Gənclər Fondu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) təqdimat keçirib.
Azərbaycanda tələbə gənclər təşkilatları üçün təqdimat keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan Gənclər Fondu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) təqdimat keçirib.

Fonddan cümə günü Trend-ə verilən məlumata görə, təqdimat ali və orta ixtisas təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının (TGT) sədrləri üçün keçirilib.

Təqdimatda fondun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov TGT-lərə fondun məqsədi, fəaliyyət istiqaməti və strukturu haqqında geniş məlumat verərək, tələbə gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi proseduruna aydınlıq gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti