...

Görünür ki, Ermənistan hakimiyyəti hələ güzəştlərə hazır deyil - Aleksey Vlasov

Nəzər nöqtəsi Materials 24 İyun 2011 23:58 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi tərəflərinin sülhün bərqərar olunması üçün danışıqları davam etdirməyə hazır olmaları çox vacibdir ki, Rusiyalı politoloq, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov belə hesab edir.
Görünür ki, Ermənistan hakimiyyəti hələ güzəştlərə hazır deyil - Aleksey Vlasov

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsi tərəflərinin sülhün bərqərar olunması üçün danışıqları davam etdirməyə hazır olmaları çox vacibdir ki, Rusiyalı politoloq, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov belə hesab edir.

"Kreml bu çətin danışıqlar prosesində bundan sonra da vasitəçi rolunu oynayacaq - bu aksiomdur", - Trend-ə Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, "Vestnik Kavkaza" analitik-informasiya agentliyinin baş redaktoru Vlasov bildirib.

Onun sözlərinə görə, Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yekun razılığa gələ bilməməsi prosesə mane olan müəyyən daxili siyasi keyfiyyətlərin olduğunu göstərir.

"Və ən əsası bu, Ermənistana aiddir, bu gün Ermənistan hakimiyyəti üçün güzəştlərə getmək ciddi risk deməkdir, - ekspert hesab edir. - Görünür ki, hələ Ermənistan tərəfi belə güzəştlərə hazır deyil, lakin bu o demək deyil ki, belə vəziyyət gələcəkdə dəyişməyəcək".

"İndiki mərhələdə bütün vasitəçilər - tək Kreml deyil, Vasinqton və Brüssel də münaqişə tərəflərinə elə şərait yaratmalı və müəyyən təzyiq göstərməlidirlər ki, münaqişənin baza prinsipləri fəaliyyət üçün əsas olsun, yalnız niyyət rolunu oynamasın", - eskpert hesab edir.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Kazanda keçirilən sammitdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında həlli ilə bağlı razılığa gələ bilməyiblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan cümə günü Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək", - bəyanatda bildirilir.

"Görüş iştirakçıları əsas prinsiplər layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişini nəzərdən keçiriblər", - sənəddə qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti