...

Türkiyə iqtidarı orduda "təmizlik" işləri aparır - analitik

Nəzər nöqtəsi Materials 29 İyul 2011 21:55 (UTC +04:00)
Türkiyəli analitik Hüsni Məhəlli hesab edir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi İşık Koşaner istefası Hakim Ədalət və İnkişaf partiyasının orduda apardığı "təmizlik" siyasətinin bir hissəsidir.
Türkiyə iqtidarı orduda "təmizlik" işləri aparır - analitik

Azərbaycan, Bakı, 29 iyul / Trend, müxbir R.Hafizoğlu /

Türkiyəli analitik Hüsni Məhəlli hesab edir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi İşık Koşaner istefası Hakim Ədalət və İnkişaf partiyasının orduda apardığı "təmizlik" siyasətinin bir hissəsidir.

Bu gün Türkiyə Silahlı qüvvələrinin Baş Qərargah rəisi İşık Koşaner ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündən sonra istefa edib. Türkiyə mediasının verdiyi məlumata görə, Baş Nazir Rəcəp Tayyip Ərdoğan Baş Qərargah rəisi İşık Koşanerden təqaüdə getməsini istəyib. Buna cavab olaraq Koşaner istefa edib.

Məhəlli hesab edir ki, Baş Qərargah rəisi İşık Koşanerin istefası ölkədə siyasi gərginlik yarada bilər.

"Koşanerin istefası ölkədə siyasi gərginlik yarada bilər, lakin, bu gərginlik qısa müddətli olacaq" deyə o qeyd edib.

Məhəllinin sözlərinə görə, Koşerin istefasının əsas səbəblərindən biri də, ordu ilə hakimiyyət arasında "Balyoz" planından sonra yaranan fikir ayrılığıdır.

2010-cu ildə Türkiyənin iqtidaryönlü "TARAF" qəzetinin iddiasına görə, Türkiyə Silahlı Qüvvələri ölkə hakimiyyətini devirmək üçün "Balyoz" (Gürz) adlı xüsusi plan hazırlayıb.

Hazırlanan plana əsasən, İstanbuldakı "Fatih Camisi" və "Bəyazid" məscidlərini cümə namazı zamanı partlatdıqdan, ölkənin hərbi muzeyinə hücum təşkil etdikdən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarəni partladaraq bunu yunan tərəfinin üzərinə atdıqdan sonra Türkiyə Silahlı Qüvvələri ölkədə yaranacaq xaosdan istifadə edərək hakimiyyəti devirəcəkdi. Qəzetin iddiasına görə, planın hazırlanmasında və həyata keçirilməsində Türkiyə Silahlı Qüvvələrinin sabiq generalı Çetin Doğanın imzası var və plan 2002-2003-cü illərdə hazırlanıb. İddiaya görə, Türkiyədə hərbi çevrilişdən sonra kütləvi həbslər başlanmalı idi.

Qəzet bildirib ki, sənədin müəllifləri Baş nazir Rəcəb Tayyib Ərdoğan hakimiyyətini devirmək məqsədi ilə təşkil edilən "Ergenekon" planında iştirakda günahlandırılan keçmiş yüksəkvəzifəli hərbçilərdir. İşə təxminən 200 nəfər siyasi və ictimai xadimlər, jurnalistlər, vəkillər, ali təhsil müəssisələrinin müəllimləri, istefada və fəaliyyətdə olan hərbçilər və polislər daxildir.

Məhəlli onu da qeyd edib ki, Koşanerin istefası PKK terror təşkilatını aktivləçməsinə səbəb olmayacaq.

Xəbər lenti

Xəbər lenti