...

Hafiz Paşayev: ADA Universitetində yeni Elmi Tədqiqat Mərkəzinin fəaliyyəti uğurlu olacaq

Nəzər nöqtəsi Materials 19 Oktyabr 2016 11:51 (UTC +04:00)
ADA Universitetində “Big Data” Elmi Tədqiqat və Tədris Mərkəzinin yaradılması, fəaliyyəti və nəticələri uğurlu olacaq.
Hafiz Paşayev: ADA Universitetində yeni Elmi Tədqiqat Mərkəzinin fəaliyyəti uğurlu olacaq

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

ADA Universitetində “Big Data” Elmi Tədqiqat və Tədris Mərkəzinin yaradılması, fəaliyyəti və nəticələri uğurlu olacaq.

Trend-in məlumatına görə, bunu Mərkəzin yaradılması ilə bağlı layihənin təqdimatında çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.

H.Paşayev vurğulayıb ki, BP Azərbaycanda iri investorlardan biridir: “BP-nin dəstəyi bizim üçün çox vacibdir. Bu dəstək sayəsində ADA Universitetində "Big Data" Elmi Tədqiqat və Tədris Mərkəzinin yaradılması həm bizim universitetimizin genişlənməsinə, həm də onun müxtəlif profillərdə fəaliyyətinin inkişaf etdirilməsinə imkan verəcək. Bu Mərkəz yalnız ADA universitetinə deyil, Azərbaycanın bütövlükdə bu sahədəki ehtiyaclarını qarşılamağa xidmət edəcək”.

Rektor əlavə edib ki, ADA Universiteti öz tələbələrini xüsusilə informasiya texnologiyaları ilə bağlı olimpiadalarda iştirak etməyə göndərir: “Tələbələrimiz orada həm yeni təcrübəyə yiyələnir, həm də öz bacarıqlarını nümayiş etdirirlər”.

Qeyd edək ki, Britaniyanın BP şirkəti Azərbaycanda layihələr üzrə tərəfdaşları ilə birlikdə və ADA Universiteti ölkədə ilk "Big Data" Elmi Tədqiqat və Tədris Mərkəzinin yaradılması üzrə layihəni tətbiq edib.

Mərkəz ADA Universitetində yaradılacaq və nəticədə böyük məlumatların təhlili və öyrənilməsi üzrə yeni magistr proqramı işə düşəcək.

Layihə 2016-cı ilin oktyabrından 2017-ci ilin dekabrınadək reallaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti