...

Ekspert: Dağlıq Qarabağa qanunsuz səfər etmiş istənilən ölkənin vətəndaşına qarşı Azərbaycan hüquqi addımlar atacaq

Nəzər nöqtəsi Materials 28 Sentyabr 2017 20:26 (UTC +04:00)
Hər hansı dövlətin vətəndaşı olmasına baxmayaraq, Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslər barəsində Azərbaycan hüquqi addımlar atacaq
Ekspert: Dağlıq Qarabağa qanunsuz səfər etmiş istənilən ölkənin vətəndaşına qarşı Azərbaycan hüquqi addımlar atacaq

Bakı. Samir Əli - Trend:

Hər hansı dövlətin vətəndaşı olmasına baxmayaraq, Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslər barəsində Azərbaycan hüquqi addımlar atacaq.

Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

A.Nağıyev qeyd edib ki, məhz Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə daxil olaraq Azərbaycanın dövlət sərhədini pozan istənilən şəxsə qarşı dövlətimizin hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılır və Azərbaycan XİN tərəfindən qara siyahıya salınır:

"Bloqer Aleksandr Lapşinə qarşı tədbirlər Azərbaycan sərhədini pozan digər şəxslər, eləcə də Türkiyə vətəndaşları barədə də görülməlidir. Azərbaycan tərəfindən həmin şəxslərin tapılıb, məsuliyyətə cəlb olunması üçün hüquqi addımlar atılacaq. Ona görə də Türkiyə dövləti bu şəxslərin təhvil verilməsi ilə bağlı ən ciddi tədbirləri görməlidir".

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Dağlıq Qarabağa qeyri-qanuni səfər edib.

Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti