...

Aydın Quliyev: Birinci vitse-prezident Mehriban Əliyevanın MDB DİN Şurası iclasının iştirakçıları ilə görüşdə verdiyi mesajlar çox önəmlidir

Nəzər nöqtəsi Materials 20 İyul 2018 18:35 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Bakıda keçirilməsi müasir Azərbaycanın reallığı baxımından çox əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın siyasi rəhbərliyi ölkədə sabitlik və təhlükəsizliyə nail ola bilib: "Buna görə də tədbirin Bakıda keçirilməsi tam məntiqlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iclas iştirakçıları ilə görüşündə verdiyi mesajlar çox önəmlidir. Xüsusilə Azərbaycanda sabitlik və əmin-amanlıq sahəsində yüksək nailiyyətlərin əldə edilməsinin qonaqların diqqətinə çatdırılması əhəmiyyətlidir. Mehriban xanım Əliyeva, həmçinin iclas iştirakçılarının diqqətinə çatdırdı ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır. Son 25 ildə dövlət büdcəsindən 7 milyard manatdan artıq vəsait erməni işğalı nəticəsində məcburi köçkün vəziyyətində düşmüş vətəndaşlarımızın şəraitinin yaxşılaşdırılmasına sərf olunub".

Ekspert əlavə edib ki, buna baxmayaraq, Azərbaycanın böyük nailiyyətlər əldə etməsi, ölkədəki sabitliyə nail olunması cəmiyyətin siyasi hakimiyyətə verdiyi dəstəkdən irəli gəlir:

"Azərbaycan əraziləri işğal altında olmasaydı, ölkənin daha böyük nailiyyətləri olardı. Azərbaycanın işğal altındakı ərazilərində təbii sərvətlərimiz də qalıb. Mehriban xanım Əliyeva iclas iştirakçılarını Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən, təbii sərvətlərimizi mənimsəyən şirkətlərə qarşı birgə mübarizəyə çağırdı".

A.Quliyev bildirib ki, Azərbaycanda əldə olunmuş sabitlik sayəsində torpaqlarımızın işğal altında olmasını dünyaya sübut edə bilmişik: "Bu cür faktların iclas iştirakçılarına çatdırılması Azərbaycan üçün çox əhəmiyyətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti