...

Ukraynalı ekspert: Azərbaycan iqtisadiyyatının uğurları düşünülmüş dövlət siyasətinin nəticəsidir

Nəzər nöqtəsi Materials 2 Noyabr 2018 09:31 (UTC +04:00)

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan iqtisadiyyatının uğurları ölkə rəhbərliyinin düşünülmüş dövlət siyasətinin göstəricisidir.

Bunu Trend-ə ukraynalı ekspert Aleksandr Oxrimenko Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşmasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının artımına son illərdə keçirilmiş köklü islahatlar yardım edib:

“Aydındır ki, Azərbaycan biznes mühitinin yaxşılaşmasına doğru hərəkət edir, bu isə bazar iqtisadiyyatı şərtlərində böyük əhəmiyyət kəsb edir. Azərbaycanda özəl biznesin aparılması üçün optimal şəraitin yaradılması onu göstərir ki, dövlət investisiya mühitinin yaxşılaşmasında və öz vətəndaşlarının rifahının artmasında maraqlıdır. Əlbəttə ki, dövlət tərəfindən bu cür yanaşma yalnız müsbət nəticələr verə bilər”.

Qeyd edək ki, Azərbaycan Dünya Bankının "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda ölkəmiz 57-ci yerdə idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti