...

Bakıda "Eurovision" müsabiqəsi üçün təklif olunan alternativ konsert kompleksinin tikintisinə başlanılıb

Eurovision-2012 Materials 6 Sentyabr 2011 15:03 (UTC +04:00)
Bakıda "Eurovision" mahnı müsabiqəsi üçün alternativ konsert kompleksinin - Milli Bayraq Meydanın yaxınlığında "Bakı Büllur Zalı"nın tikintisinə başlanılıb.
Bakıda "Eurovision" müsabiqəsi üçün təklif olunan alternativ konsert kompleksinin tikintisinə başlanılıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Bakıda "Eurovision" mahnı müsabiqəsi üçün təklif olunan alternativ konsert kompleksinin - Milli Bayraq Meydanın yaxınlığında "Bakı Büllur Zalı"nın tikintisinə başlanılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Eurovison"la bağlı yaradılan www.eurovisionaz.com saytında məlumat verilib.

Almaniyanın "ALPINE Bau Deutschland AG" şirkəti tərəfindən inşa olunacaq arenanın tutumu 25 min nəfər olacaq.

"ALPINE Bau Deutschland AG"nin layihə üzrə partnyorları "gmp International GmbH", İsveçrə şirkətləri olan "Nüssli AG" və "Basler & Hofmann AG", eləcə də Avstriya şirkəti "GmbH & Co. KG" və Münhendən "SSF Ingenieure AG"dir.

"Bakı Büllur Zalı" layihəsinin partnyoru olan "Nüssli AG" şirkəti Almaniyada keçirilmiş "Eurovision-2011"-in səhnəsini qurmuşdu.

ALPINE müasir idman obyektlərinin tikintisində geniş təcrübəyə sahibidir. Bu sıraya Polşada keçiriləcək futbol üzrə Avropa çempionatı üçün tikilməkdə olan üç futbol stadionu, Münhendəki Allianz Arena, Avstriyada futbol üzrə Avro-2008 üçün üç sayda stadionun genişləndirmə və yenidən qurma işləri, eləcə də Dubaydakı beynəlxalq kriket stadionu daxildir.

Xəbər lenti

Xəbər lenti